Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Azərbaycan noyabrda OPEC+ çərçivəsində öhdəliklərini 100% yerinə yetirib

2019-cu ilin noyabr ayında Azərbaycanda 776 min barrel neft hasil edilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

“Cari ilin noyabr ayında Azərbaycanda orta gündəlik neft hasilatı 776 min barrel təşkil edib, bu OPEC+ çərçivəsində öhdəliklərə uyğundur”, - deyə məlumatda bildirilir.

2019-cu ilin oktyabr ayında neft hasilatı 718 min barel olub.

Cari ilin yanvar-noyabr aylarında orta gündəlik neft hasilatı 764 min barrel təşkil edib və Azərbaycan hasilatı 12 min barrel azaltmaqla öhdəliyini 160% yerinə yetirib.

Respublikada noyabr ayı üzrə 687 min barrel xam neft, 89 min barrel kondensat hasil edilib. Gündəlik 577 min barrel xam neft (oktyabrda 569 min barrel), 82 min barrel kondensat, 26,4 min barrel isə neft məhsulları ixrac edilib.

“Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - məlumatda qeyd olunur.

2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. OPEC və qeyri-OPEC ölkələrinin iyulun 2-də Vyanada keçirilmiş iclasının yekunları üzrə neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 2020-ci ilin I rübünün sonunadək uzadılıb. Eyni zamanda, 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatı daha 7 min barel - 769 min barrelə qədər azaltmağa dair öhdəlik götürüb.

2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır