Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

İraqlı nazir: “OPEC plus” neft hasilatının azaldılmasını nəzərdən keçirəcək

OPEC və tərəfdaşları (“OPEC plus”) neft istehsalının daha da azaldılmasını nəzərdən keçirəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İraqın Neft naziri Tamir Gadban deyib. Nazir bu həftə keçiriləcək iclasda OPEC və tərəfdaşlarının hasilatın azaldılmasını dərinləşdirməyi müzakirə edəcəyini bildirib: “İstehsal məhdudiyyətlərinin gündəlik 400 min barrel artırıla bilər. Bu rəqəm müzakirə edilib və OPEC üzvlərinin gərgin işi nəticəsində əldə olunub. “OPEC plus” koalisiyasının da hasilatın azaldılması ilə bağlı fikirləri var”.

O, İraqın noyabrda saziş üzrə öhdəliyə əməl etdiyini vurğulayıb.

Qeyd edək ki, OPEC hazırkı hasilat səviyyələrinin qorunacağı təqdirdə 2020-ci ildə neft bazarının sabitləşəcəyini gözləyir.

Analitiklərə görə, OPEC və tərəfdaşları neft hasilatının həcmini daha çox azaltmayacaq, lakin istehsal məhdudiyyətləri ilə bağlı sazişin müddətini uzadacaq.

KİV-lər isə OPEC-in neft hasilatının azaldılması üzrə sazişin müddətini daha 3-6 ay uzadacağını nəzərdə tutur.

Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır