Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Bulla-dəniz” yatağının gələcək perspektivlərinə dair müzakirələr aparılıb

“Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) neft-mədən və sosial-məişət infrastrukturunun inkişafına dair müşavirə keçirilib.

Birlikdən bildirilib ki, müşavirədə, eyni zamanda, Kompleks Qazma İşləri və “Neftqaztikinti” trestlərinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “SOCAR-AQŞ” MMC-nin və digər təşkilatların rəhbər şəxsləri iştirak edib.

“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov birliyin istismar etdiyi yataqlarda neft-qaz hasilatının artırılması, həyata keçirilən təhlükəsizlik tədbirləri, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. O, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Bulla-dəniz” yatağının gələcək perspektivlərindən söhbət açıb, yataqda qazılan yeni quyular barədə danışıb.

Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov idarənin neft-qaz hasilatı üzrə tapşırıqların yerinə yetirilməsi və illik plana dair təqdimatla çıxış edib.

Müşavirədə müxtəlif sahələri əhatə edən təkliflər səsləndirilib, qarşıda duran vəzifələr müzakirə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır