Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Bu ilin sonuna AÇG-dən 500 mln ton neftin hasil olacağı gözlənilir

Bu ilin sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasil olunan neftin həcminin 500mln.ton olacağı gözlənilir.

Bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib: "Bu ilin gözlənilən əlamətdar hadisələrindən biri də ilin sonuna doğru AÇG-dən 500 mln ton neftin hasilatıdır. Təbii ki, bu hasilat tempinə bağlıdır. İlin sonu və ya gələn ilin əvvəlində ola bilər. Bu, AÇG-nin 25 illiyi qədər əhəmiyyəti olan hadisədir".

O, həmçinin qeyd edib ki, yataqlar blokunun gələn il üzrə iş planı və büdcəsi Hasilatın Pay Bölgüsü sazişi üzrə rəhbər komitə (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) tərəfindən təsdiqlənib.
 B.Aslanbəyli "Şahdəniz" qaz kondensat yatağı üzrə də bu il hasilat göstəriciləri planının tam yerinə yetirildiyini qeyd edib: "Növbəti ilin planı artıq SOCAR-la danışılıb. Növbəti ilin hasilat rəqəmləri üzərində iş gedir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır