Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Neft Daşlarında 10 quyunun qazılması layihələndirilib

Neft Daşlarında 10 quyunun qazılması layihələndirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyi ilə bağlı təşkil olunan media-turda deyib.

O bildirib ki, Neft Daşları uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35 faizdir ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur. Aparılan səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə Neft Daşları neft və qazçıxarma idarəsi (NQÇİ) üzrə neft hasilatı 20 faiz artaraq, 2018-cü ildə 1 milyon tondan artıq olub. NQÇİ tərəfindən 2019-cu ilin 9 ayında 790 min ton neft, 72 milyon kubmetr qaz hasil edilib. Hazırda yataq üzrə qalıq ehtiyatlar təqribən 210 milyon ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 milyon tondur. Gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər.

İ.Əhmədov, həmçinin qeyd edib ki, hazırda qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib. Burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanıb və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir. Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır