• Bakı, 2019-11-13,
Seanews
Heyder Eliyev

Ceyhan limanından indiyədək 3,3 mlrd. bareldən çox neft nəql edilib

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,32 mlrd. bareldən çox neft yola salınıb.

Bu barədə “APA-Economics” BIL-dan verilən məlumata əsasən xəbər verir.  

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 334 tanker AÇG nefti ilə yüklənilib. Bu il (oktyabrın 31-ə olan vəziyyətə görə) Ceyhan neft terminalından 197,82 mln. barel neft və 249 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır