Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

Nazir: "Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərləri Gürcüstan üçün strateji əhəmiyyətə malikdir”

"Anaklia layihəsi Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri kimi Gürcüstan üçün strateji əhəmiyyətə malikdir".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava yerli Birinci kanalın efirində yayımlanan "Sərbəst baxış" proqramında bildirib.

Nazir qeyd edib ki, hər iki boru kəməri Gürcüstanın təhlükəsizliyinə töhvə verən əsas amillərdən olub: "Gürcüstan ərazisində həyata keçiriləcək istənilən iri regional layihə ölkənin təhlükəsizliyi və sabitliyini möhkəmləndirəcək. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri Gürcüstanın ərazisindən keçib, lakin layihələr ölkəyə məxsus deyil. Bu layihələr regional əhəmiyyətə malikdir və dəhlizin iri miqyaslı regional layihə həyata keçiriləndə ölkə üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, bu cür layihələr ölkənin strateji cəlbediciliyini artırır, təhlükəsizlik və müstəqilliyini gücləndirir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır