Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Yaxın aylarda TAP kəmərinin qazla doldurulmasına başlanacaq

Yaxın aylarda Trans-Adriatik qaz boru kəmərinə (TAP) qazın doldurulmasına start veriləcək.

Bunu Türkiyənin Enerji və Təbii Resurslar Nazirliyinin Xarici əlaqələr üzrə baş idarəsinin baş direktoru Safa Uslu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Cənubi Qaz Dəhlizinin mərkəzi elementi olan Trans-Anadolu qaz kəməri (TANAP) ilə Azərbaycandan Türkiyəyə qazın nəqli aparılır.

"Gələn il TAP qaz kəmərinin istifadəyə verilməsi ilə TANAP-la nəql edilən qazın həcmi artacaq", - deyə, S. Uslu bildirib.

APA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır