• Bakı, 2019-12-07,
Seanews
Heyder Eliyev

class="content-title">Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır

25 il əvvəl ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında Azərbaycan üçün çox çətin bir geosiyasi dövrdə, ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda beynəlxalq aparıcı şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan uğurlu enerji strategiyasının, enerji diplomatiyasının əsasını qoydu. Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın neft istehsalçısı ölkəsi olmasına baxmayaraq, uzun illər neft bir çox hallarda Azərbaycan xalqının bilavasitə mənafeyinə xidmət etməyib: “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini bilavasitə Azərbaycan Respublikası, Azərbaycan xalqı gördü. Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, çiçəklənməsinin, iqtisadi inkişafının təməli olmaqla bərabər, beynəlxalq müstəvidə də, regional müstəvidə də enerji təhlükəsizliyinə ciddi şəkildə töhfə verən bir amil olmuşdu. Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri də onun şəffaf və uğurlu şəkildə idarə olunması mexanizmidir. Bu gün Azərbaycanın enerji strategiyasının növbəti vacib bir təməl nöqtəsi vardır. Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri artıq özünün icrasının son mərhələlərinə qədəm qoymaqdadır və biz də ümid edirik ki, tərəfdaşlarımızla birlikdə bu layihənin də tezliklə məntiqi sonuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır