

BP gələn il Xəzərdə yeni kəşfiyyat quyusunun planlaşdırılmasına start verə bilər
BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən D230 perspektiv bloku üçün ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlaya bilər.
BP-dən verilən məlumata görə, D230 bloku üzrə 2019-cu ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır.
“Əldə edilmiş nəticələrdən asılı olaraq, ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq”, - deyə şirkətin məlumatında qeyd edilib.
Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.
Apa