Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-26,
Seanews
Heyder Eliyev

"QatarEnergy"-nin LNG daşıyan yeni gəmisi istismara verilib

Şanxayda təşkil olunan rəsmi mərasimdə “QatarEnergy” şirkətinin mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan yeni gəmisi “Al Mas’habiyyah” istismara verilib.

"Seanews.az" xəbər verir ki, gəmini “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma şirkəti inşa edib.

Gəminin ümumi uzunluğu 299 metr, eni 46,4 metr, bortunun hündürlüyü isə 26,25 metrdir. Gəminin ümumi yük tutumu 174,000 kubmetr təşkil edir. 

“Al Mas’habiyyah” bu zavodda “QatarEnergy” üçün tikilmiş bir neçə LNG daşıyıcısından biridir. Bu seriyaya daxil olan digər gəmilər – “Rex Tillerson”, “Umm Ghuwailina” və “Hlaitan” 2024-cü ildə, “Limail” və “Al Tuwar”  cari ilin əvvəlində təhvil verilib.

Yeni gəmilərin alınması “QatarEnergy”nin dünya üzrə ən böyük LNG donanmasını yaratmaq məqsədinə xidmət edir. Şirkət 100-dən çox gəmiyə sahib olmağı planlaşdırır.

Gəmi iki yanacaqla işləyən dizel mühərrik və qaz rejimində istismar zamanı metan sızmalarını azaltmağa kömək edən qaz tullantılarının təkrar istifadəsi üzrə intellektual idarəetmə sistemi – ICER (Intelligent Control by Exhaust Recycling) ilə işləyir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır