

"ONGC" ilə "MOL" arasında iki böyük etan daşıyıcı gəminin inşası üçün razılaşma imzalanıb
Hindistanın "Oil and Natural Gas Corporation" (ONGC) şirkəti Yaponiyanın "Mitsui O.S.K. Lines" (MOL) şirkəti ilə iki ədəd çox böyük etan daşıyıcı gəminin inşası və istismarına dair razılaşma imzalayıb.
"Seanews.az" xəbər verir ki, bu mega gəmilər” ONGC-nin törəmə şirkəti olan "ONGC Petro Additions Limited" üçün idxal olunan etanı daşıyacaq və neft-kimya məhsullarının istehsalı üçün davamlı və özünə yetərli xammal təchizatını təmin edəcək.
"ONGC"-dən verilən açıqlamada bildirilib ki, bu qlobal tərəfdaşlıq "ONGC"-nin emal sahəsində genişlənməsi üçün cəsarətli bir addımdır. Bu, enerji sahəsində yeni dövrə keçidin başlanğıcıdır.”
Şirkətlər razılaşmanın detalları ilə bağlı əlavə məlumat açıqlamayıblar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır