Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

LNG qaz daşıyıcılarının tikintisi üçün sifarişlər və qiymətlər rekord sürətlə artır

2024-cü ilin ilk beş ayında LNG daşıyıcıları üçün sifarişlər keçən ilin müvafiq ayları ilə ilə müqayisədə iki dəfədən çox artıb. Belə ki, 2023-cü ilin beş ayında cəmi 34 LNG daşıyıcısı sifariş verilsə də, bu ilin yanvar-may aylarında 78 belə gəmi sifariş verilib.

“Seanews.az” “VesselsValue”-in hesabatına istinadən xəbər verir ki, tutumu 174 min kubmetr olan yeni tikililərin qiymətləri 6,1% artıb və 269 milyon dollarla rekord həddə çatıb.

Hazırda iri tonajlı LNG gəmiləri üçün sifariş kitabçası mövcud donanma ilə müqayisədə təxminən 64% təşkil edir.

“Geopolitik qeyri-müəyyənlik və əvvəllər boru kəməri ilə nəql edilən Rusiya qazını əvəz etmək üçün Aİ limanlarına tədarük olunan LNG-nin həcminin artması və yeni, daha təmiz gəmilərin inşası istəyi ilə birlikdə sektorda müsbət əhval-ruhiyyə LNG-yə yeni tələbat yaradıb” – “VesselsValue”-nin məlumatında deyilir.

LNG daşıyıcıları və konteyner gəmiləri hazırda Asiya tərsanələrində sifariş kitabçalarında üstünlük təşkil edir və 2028-ci ilə qədər təhvil veriləcək yeni gəmi tikintisi rekord səviyyədədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır