Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Aktau limanındakı neft terminalı dövlət mülkiyyətinə qaytarılıb

Qazaxıstanın Almatı şəhər prokurorunun tələbi ilə Aktau Beynəlxalq Dəniz Ticarət Limanının akvatoriyasında yerləşən və 134 hektar ərazisi olan neft terminalı dövlət mülkiyyətinə qaytarılıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Neft terminalının dəyəri 66 milyon dollardır.

Qeyd edilib ki, neft terminalı 2011-ci ildə özgəninkiləşdirilib. 2024-cü ilin fevralında Qazaxıstanın Manqistau vilayətinin İxtisaslaşdırılmış Rayonlararası İqtisadiyyat Məhkəməsi prokurorun terminalın dövlət mülkiyyətinə qaytarılması ilə bağlı iddiasını təmin edib. Bu məhkəmə aktı artıq qanuni qüvvəyə minmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır