Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Litva şirkəti Almaniyada LNG terminallarını idarə edəcək

Litvanın “Klaipedos Nafta” (“KN”) şirkəti Almaniyanın Şimal dənizi sahilində dörd LNG terminalının birləşdirilmiş kommersiya idarəçiliyi üzrə tenderin qalibi olub.

“Seanews.az” xəbər verir ki, “KN” Almaniyanın dövlət şirkəti “Deutsche Energy Terminal” (“DET”) ilə müqavilə imzalayıb.

Müqavilənin müddəti 2 ildir. Bu, “Klaipedos Nafta”-nın artıq işlədiyi Vilhelmshaven və Brunsbütteldəki LNG terminallarını, həmçinin Vilhelmshavendəki ikinci terminalı və Aşağı Elbadakı “Stade” terminalını əhatə edir.

“KN”-nin baş direktoru Darius Şilenskisin qeyd etdiyi kimi, “Klaipedos Nafta” öz işçilərinin səriştəsi və Almaniya bazarında artıq qazandıqları təcrübə sayəsində tenderin qalibi olub.

“Klaipedos Nafta” şirkəti hazırda Klaipeda, Subačius və Mariyampoledə üç maye enerji daşıma terminalını idarə edir, həmçinin Litva və Braziliyada LNG terminallarının operatorudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır