Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Mayın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 208 milyard kubmetr qaz hasil edilib

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il mayın 1-dək AÇG-dən 208 milyard kubmetr, “Şahdəniz”dən isə 192 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 135 milyard kubmetrə yaxını ixraca nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən mayın 1-dək 615 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 573 milyon ton neft, “Şahdəniz”dən isə 42 milyon tona yaxın kondensat çıxarılıb. Bunun 612,8 milyon tonu ixraca nəql olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır