

Satti” qazma qurğusu Azərbaycan ərazisində işləyə
“Satti” qazma qurğusu artıq Xəzər dənizinin Azərbaycan ərazisində BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün işləməyə hazırlaşır”. Bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında “KazMunayQaz”ın geologiya və kəşfiyyat üzrə idarə heyyətinin sədr müavini Kurmanqazı İskaziyev deyib. Onun sözlərinə görə, iyulun əvvəlində qurğu Azərbaycan sularına daxil olacaq: “Bu, SOCAR və “KazMunayQaz” arasında olan əməkdaşlığın nümunəsidir. Bizim birgə gələcəyə baxışımız da mövcuddur. Hazırda imkanlarımız qiymətləndirilir”. Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır