Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yanvar-martda Türkiyə limanları 21 milyon tondan çox neft məhsulları qəbul edib

2023-cü ilin yanvar-mart ayında Türkiyə limanları 21 milyon 203 min 117 ton neft məhsulları qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili neft məhsulları qəbulu 1 milyon 49 min 546 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 20 milyon 153 min 571 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-mart ayında Türkiyə limanlarından tranzit yolu ilə 11 milyon 974 min 201 ton neft məhsulları daşınıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır