Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Sinopec” Qətərin qaz yatağından pay alan ilk Asiya şirkəti olub

Çinin neft nəhəngi “Sinopec” aprelin 12-də Qətərin Şimal yatağında hasilatın genişlənməsində pay alan ilk Asiya şirkəti olub. AZƏRTAC QNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Körfəz ölkəsinin enerji şirkətindən məlumat verilib.

Şimal yatağı dünyanın ən böyük təbii qaz ehtiyatlarına malikdir və Körfəzin altında İran ərazisinə qədər uzanır. Çin artıq Qətərin mayeləşdirilmiş təbii qazının ən böyük istehlakçısı və dünyanın ən böyük LNG idxalçılarından biridir.

Çin Neft və Kimya Korporasiyası (“Sinopec”) keçən il Dohada 27 illik tədarük müqaviləsi imzalayıb. Bu, Qətərin təbii qaz sənayesində indiyə qədər imzalanan ən uzunmüddətli kontraktdır.

Dövlətə məxsus nəhəng “QatarEnergy” kompaniyasının məlumatına görə, Şimal yatağında hasilatın genişləndirilməsi ilə Qətər illik istehsalın hazırkı 77 milyon tondan 2027-ci ilə qədər 110 milyona yüksələcəyini göstərən 28,75 milyard dollarlıq layihəyə start verib. “QatarEnergy” bildirib ki, “Sinopec” 8 milyon tonluq hasilat kompleksinin ekvivalentində beş faiz pay alacaq.

Qətərin energetika naziri, “QatarEnergy” kompaniyasının rəhbəri Saad Şerida Al-Kaabi yeni kontraktı iki ölkə arasında münasibətlərdə "mərhələli saziş" və "buraxılış nöqtəsi" adlandırıb.

Fransanın “TotalEnergies”, Britaniyanın “Shell”, İtaliyanın ENI və Amerika Birləşmiş Ştatlarının “ConocoPhillips” şirkətlərinin hamısı Qətərin Şimal qaz yatağında daha böyük paylara malikdir.

Qətər və Çin arasında bu mühüm sənədi Al-Kaabi və “Sinopec”in sədri Ma Yonşenq imzalayıblar. Qətərin energetika naziri bildirib: “"Bugünkü tədbir “QatarEnergy” kompaniyasının əsas LNG istehlakçıları ilə əlaqələrini dərinləşdirməyə sadiqliyini vurğulayır, eyni zamanda, uzunmüddətli strateji tərəfdaşlıqları və bu gün “Sinopec” tərəfindən təmsil olunan Çindən olan dünya səviyyəli tərəfdaşları ilə uyğunlaşmanı prioritetləşdirir".

Ma Yonşenq isə bildirib ki, onun rəhbərlik etdiyi şirkətin bu paya sahib olması təmiz enerji təchizatının təhlükəsizliyini, sabitliyini və etibarlığını artıracaq. O vurğulayıb: “Ümid edirəm ki, iki şirkət birlikdə qoyduğumuz möhkəm təməl əsasında yeni LNG əməkdaşlıq imkanlarını araşdırmağa davam edəcək".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır