Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Mərkəzi Azəri” platformasında neft hasilatı bərpa ol

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun operatoru olan BP şirkəti “Mərkəzi Azəri” platformasından neftin hasilatını bərpa edib. Platformanın işi planlaşdırılmış profilaktik işlərin aparılması üçün dayandırılmışdı, artıq platformada hasilat bərpa edilib. “Mərkəzi Azəri” platforması “Azəri” yatağında quraşdırılmış üç platformadan biri olmaqla, AÇG-nin 1-ci mərhələsində istismara verilib. Platformanın tikintisi 2004-cü ildə tamamlanıb. Xatırladaq ki, “Qərbi Çıraq” platformasında profilaktik işlərin aparılması ilə əlaqədar oktyabrın 15-də sözügedən platformanın da fəaliyyəti dayandırılacaq. Profilaktik işlər iki həftə davam edəcək. “Qərbi Çıraq” platforması mövcud “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında suyun 170 metr dərinliyində quraşdırılıb. Platformanın layihələndirilmiş hasilat gücü gündə 183 bareldir. Ötən il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 505 mln. dollar əməliyyat məsrəfləri və 1,15 mlrd. dollar əsaslı məsrəflər xərclənmişdir. 2018-ci ildə AÇG-dən 29 mln. ton neft hasil edilib. İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Ona.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır