Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

BƏƏ-dən iki gənc şirkət Rusiyadan neft daşıyıcılarının ilk üçlüyünə daxildir

2022-ci ildə yaradılmış “Fractal Marine Shipping” və “Radiating World Shipping Services” tanker şirkətlərinin donanması ümumilikdə 38 gəmidən ibarətdir.

“Seanews.az” xəbər verir ki, “Fractal Marine Shipping” ötən il 26 neft tankeri əldə etməyə nail olub. “Radiating World Shipping Services” isə daha sürətli hərəkət edib. Şirkət altı aydan az müddətdə 12 gəmi alıb.

Beləliklə, Birləşmiş Ərəb Əmirliklərindən 2 şirkət və Hindistandan “Gatik Ship Management” şirkəti  Rusiyadan ən çox "qara qızıl" daşıyıcıları olub. “Vesselfinder” portalının məlumatına görə, 3 şirkətin tankerlərinin 90%-i Rusiyanın Baltik və Qara dəniz limanlarından Hindistan, Çin, Türkiyə, Yaxın Şərq, Afrika və Cənubi Amerikaya neft və neft məhsullarının daşınması ilə məşğuldur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır