Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

axıstanın üzən qazma qurğusu “Caspian Drilling Company”nin idarəçiliyinə ver

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti arasında yanvarın 26-da Bakıda imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, “Caspian Drilling Company LTD.” MMC-nin baş direktoru Fərid Axundov və “KMG Drilling & Services” şirkətinin baş direktoru Andar Şukputov tərəfindən fevralın 16-da Astanada “Sətti” özüqalxan üzən qazma quğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayev iştirak ediblər. Müqavilə qazma qurğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi dayazsulu “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyətliyini artıracaq. “Sətti” qurğusunun təkmilləşdirilməsi qazma qurğularının təkmilləşdirilməsi və tikintisi üzrə böyük təcrübəyə malik “Caspian Drilling Company LTD.” şirkəti tərəfindən Bakıda elə ona məxsus “CDC Dəniz Təchizat və Logistika Bazası”nda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra “Caspian Drilling Company LTD.” qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır