Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

STAR” NEZ hazır məhsulun satışına başla

Türkiyədə “SOCAR Turkiye Enerji”nin (SOCAR-ın Türkiyədəki törəməsi) inşa etdiyi “STAR” NEZ ilk hazır məhsulun satışını həyata keçirib. Bu barədə zavodun baş direktoru Mesut İlter məlumat verib. Həmçinin, M.İlter bildirib ki, 7-10 gün ərzində “STAR” NEZ tam gücü ilə fəaliyyətə başlayacaq. 19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. İllik zavodda 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək. “STAR” NEZ-in tikinti layihəsinə ümumi sərmayələr $6,3 mlrd. təşkil edib, bunun $3,3 mlrd.-ı kreditlərin payına düşüb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır