Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdı

BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır. Bunu  “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur: “Nəticələrin necə olacağı qazma prosesindən asılı olacaq. “Şəfəq-Asiman” yatağından müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının “Şahdəniz”dəki qədər olması mümkündür”.  B.Aslanbəyli vurğulayıb ki, nəticələrdən asılı olaraq ortamüddətli plan hazırlanacaq. Qeyd edək ki, “BP Azerbaijan” “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” yataqlarının operatorudur. “Şəfəq-Asiman”da SOCAR və BP-nin hər birinin iştirak payı 50 faizdir. Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır