Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

a dənizin dibi ilə çəkilən qaz kəmərinin dəniz fazası tamamla

İstanbulda “Türk axını” qaz kəmərinin dəniz sahəsinin açılışı baş tutub. Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib. Mərasimdə çıxış edən Ərdoğan deyib ki, “Türk axını” qaz kəməri hər il Rusiyadan Türkiyəyə 31.5 milyard kubmetr təbii qaz nəql ediləcək və bunun təxminən yarısı Avropa bazarlarına çıxacaq. İndi qurudakı işlərin görülməsi prosesinə başlanıb və kəmərin tikintisi 2019-cu ildə başa çatmalıdır. Putin deyib ki, bu gün “Türk axını”nın mühüm hissəsi tamamlanıb. Qoşa xətt üzrə Qara dənizdən keçməklə 1800 kilometrdən çox boru kəməri döşənib. Layihə beynəlxalq standartlara uyğun icra edilir və ətraf mühitə təsiri minimumdur: “Hazırda Rusiya qazı “Mavi axın” boru kəməri ilə Türkiyəyə nəql edilir. “Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”. Rusiya prezidenti onu da əlavə edib ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini təmin edəcək.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır