

AR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görü
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşüb. Bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumatı yayıb. Bildirilir ki, görüşdə SOCAR-ın prezidenti türkiyəli nazirə şirkətin bu ölkədəki investisiyaları və gələn həftə açılışı olacaq “Star” neft emalı zavodu barədə (NEZ) məlumat verib. Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu oktyabrın 19-da istifadəyə veriləcək. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir. Azərtac