Fond iki limanın səhmlərinin 67%-ni almaq niyyətindədir
Yunanıstan Milli Fonduna (“GrowthFund)” keçən həftə Alexandroupoli və İqoumenitsa limanınlarının 67% səhmini almaq üçün investorlardan iki təklif gəlib.
Yunanıstan Respublikası Aktivlərin İnkişafı Fondunun (HRADF) bəyanatında deyilir ki, “Artıq şərtlərə uyğun olaraq təkliflərin qiymətləndirilməsinə başlanılıb. Beynəlxalq tenderin şərtlərinə cavab verən investorların maliyyə təklifləri Fondun Direktorlar Şurasının növbəti iclasında ictimaiyyətə açıqlanacaq”.
“HRADF” ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün investisiyaları cəlb edir. 2011-ci ildən 2020-ci ilə qədər fond 48 özəlləşdirmə layihəsi həyata keçirərək, 9 milyard avro gəlir əldə edib. Bundan başqa, “HRADF” fəaliyyəti ilə 20 000 iş yerinin yaradılmasına töhfə verib.
“Seanews.az”