Ukrayna ərzaq məhsulları ilə dolu daha 9 gəmi limanlardan yola düşüb
"Taxıl təşəbbüsü"nün həyata keçirilməsi çərçivəsində sentyabrın 12-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 9 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, gəmilərin göyərtəsində ümumilikdə 163,8 min ton kənd təsərrüfatı məhsulu var. Gəmilər Afrika və Avropa ölkələrinə yola düşüb.
Vurğulanıb ki, “taxıl dəhlizi” işə başlayandan indiyədək 2,78 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları daşıyan 122 gəmi Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır