Daha 4 gəminin Ukraynadan çıxışına icazə verilib
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib.
APA-nın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 64 657 tondur. Onlar Türkiyə, Livan və İspaniya və İtaliyaya günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır