Vladivastok dəniz limanından keçən konteynerlərin sayı çoxalıb
Vladivostok dəniz ticarət limanından (VDTL “Fesco” qrupuna daxildir) keçən konteynerlərin sayı son 3 ayda 1,5 dəfə artıb. Limanı tərk edən əməliyyat operatorlarının yerini asiyalı şirkətlər tutub.
“Seanews.az”-ın məlumatına görə, hazırda bu regionun bütün yükaşırma müəssisələrinin və uyğun infrastrukturlarının işi xeyli artıb. Təkcə son 3 ayda Vladivostok dəniz ticarət limanından keçən konteynerlərin sayı 1,5 dəfə çoxalıb. Bu göstərici aylıq 28 min TEU səviyyəsində ölçülür. Artıma baxmayaraq liman həmişəki - 24 saat 7 gün – rejimində çalışmağa davam edir və artan yükün öhdəsindən gəlir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır