Şanxay limanının yük dövriyyəsi 291 milyon tona düşüb
2022-ci ilin yanvar-iyul aylarında Şanxay limanının yük dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8% azalaraq 291 milyon tona düşüb.
“Seanews.az” xəbər verir ki,yanvar-iyul aylarında limanın konteyner ötürmə qabiliyyəti 0,7% artaraq 2,68 milyon TEU olub.
Liman administrasiyasının məlumatına görə, karantin rejimindən sonra yükaşırmaların həcmi bərpa olunur.
Qeyd edək ki, Şanxay limanı Çinin dərin dəniz və çay limanıdır. 2021-ci ildə limanın yük dövriyyəsi 539,2 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır