Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

“Evergreen Line” Rusiya və Ukraynada daşımaları dayandırır

Konteyner daşıyıcısı “Evergreen Line” növbəti bildirişə qədər Odessa və Novorossiyskdən sifarişləri dayandırır. Bu barədə şirkətlər qrupunun saytında məlumat verilib.

“Seanews.az” xəbər verir ki,  Sankt-Peterburqa və Sankt-Peterburqdan sifarişlərin qəbulu da dayandırılıb, gəmiçilik şirkəti “əməliyyat imkanlarını qiymətləndirir”.

“Ukrayna və Rusiyada baş verən son hadisələrə görə təəssüflə bildiririk ki, bu bölgədəki əməliyyatlarımız pozulub və bəzi istiqamətlərə daşınmalar dayandırıla bilər. “Evergreen Line” artıq dənizdə olan yüklərin çatdırılması üzərində işləyir. Biz yükgöndərənlərin tələbi ilə yükün yola salınma limanına yönləndirilməsini və ya qaytarılmasını təmin edəcəyik”, - deyə məlumatda bildirilir.

 “Evergreen Line”, “Evergreen Group”un daxilində beş okean konteyner daşıyıcısını - “Evergreen Marine Corp. (Tayvan) Ltd.”, “Italia Marittima S.p.A.”, “Evergreen Marine (UK) Ltd.”, “Evergreen Marine (Hong Kong) Ltd.”, “Evergreen Marine (Sinqapur) Pte Ltd.”-ni birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır