Hedland limanının yük dövriyyəsi artıb
2021-ci ildə Avstraliyanın Hedland limanının yük dövriyyəsi 553 milyon ton olub.
“Seanews.az” xəbər verir ki, 2020-ci ildə isə bu göstərici 547,33 milyon ton təşkil edib.
Hedland limanı dəmir filizi ixracı üçün Avstraliyanın əsas limanıdır.
Keçən il limandan 546,2 milyon tona yaxın dəmir filizi yola salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır