Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Litvanın Klaypeda limanında Çinin sanksiyaları səbəbindən yük dövriyyəsinin 30-40% azalacağını düşünürlər.

Gələn il Klaypeda limanının yük dövriyyəsi 30-40% azala bilər.

“Seanews.az” bu barədə “RuBaltic.ru”-ya istinadən xəbər verir.

Litvanın Stividor Şirkətləri Assosiasiyasının prezidenti Vaydotas Şileykin sözlərinə görə, liman şirkətləri öz itkilərini hansısa formada kompensasiya etmək üçün mümkün olan hər şeyi edirlər, lakin indiki geosiyasi vəziyyəti nəzərə alsaq, bu, asan deyil.

“Yeni bir layihə var idi - indi Çindən Kalininqrad vilayətinə gedən konteyner axınının bir hissəsini Klaypedaya yönəltmək, lakin Çinin sanksiyaları səbəbindən bu, baş vermədi. Hər halda, bəzi müştərilərin Klaypeda limanından qaçmağa başladığını görürük”,-deyə Şileika bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır