Yeni konteynerdaşıyan gəmi ABŞ və Venesuela limanları arasındakı xətdə istismar ediləcək
Donanmanın yenilənməsi proqramı çərçivəsində “FESCO”-nun nəqliyyat qrupu daha bir gəmini – “FS İpanema” konteyner gəmisini qəbul edib.
“Seanews.az” xəbər verir ki, gəminin uzunluğu 179,7 metr, eni 27,6 metr, dedveyti 25 902 ton, tutumu 1794 TEU-dur.
Heyəti 19 nəfərdən ibarət olacaq yeni konteynerdaşıyan gəmi ABŞ və Venesuela limanları arasındakı xətdə istismar ediləcək.
“FS İpanema” son 1,5 ildə qrupun donanmasına daxil olan altıncı gəmidir. 2020-ci ildə qrup “FESCO Ulysses” və “FESCO Paris” universal quru yük gəmilərini, 2021-ci ilin sentyabr və oktyabr aylarında isə “FESCO Yanina” və “FESCO Sofia” konteyner gəmilərini, həmçinin universal quru yük gəmisi “FESCO Olqa”-nı donanmasına qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır