Gələn ay Asiya regionunda yeni xidmət fəaliyyətə başlayacaq
Çin, Sinqapur və Qərbi Malayziya limanlarını birləşdirən yeni həftəlik Çin Boğazları Xidməti (“China Straits Service”) dekabrın 18-də fəaliyyətə başlayacaq.
“Seanews.az” xəbər verir ki, yeni xidmət Sindao - Şanxay - Syamen - Nanşa - Sinqapur - Kelanq - Penanq - Kelanq - Pasir Qudanq - Nanşa – Sindao limanlarını əhatə edəcək.
Xəttə “PIL”, “Goldstar Lines” (GSL) və “Orient Overseas Container Line” (OOCL) şirkətlərindən ibarət konsorsiumun 2800 TEU tutumlu 4 konteynerdaşıyan gəmisi cəlb olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır