Cənubi Çin və Şimali Vyetnamı Hindistanın qərb sahili ilə birləşdirəcək yeni xətt açılır
“PIL” şirkəti, oktyabrın 22-də Cənubi Çin və Şimali Vyetnamı Hindistanın qərb sahili ilə birləşdirəcək “South China India Express” (SIX) adlı yeni xətt açır.
“Seanews.az”-ın məlumatına görə, yeni xətt bu limanları əhatə edəcək: Nanşa - Şekou - Sinqapur - Port Kelanq (Qərb limanı) - Port Kelanq (Şimal limanı) – Nava-Şeva - Mundra - Port Kelanq (Qərb limanı) - Hayfon.
Xəttə 2800 TEU tutumlu “PIL”, “RCL”, “CULines” və “InterAsia Lines”şirkətlərindən ibarət konsorsiumun 5 konteynerdaşıyan gəmisi xidmət göstərəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır