Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Konteyner limanlarında gərginlik artacaq

“Seanews.az” xəbər verir ki, önümüzdəki aylarda Sakit okean nəqliyyat marşrutlarında yüklərin artan həcmi sıxlığı daha da artıracaq.

Yükdaşıyanlar, Sakit okean nəqliyyat marşrutlarında konteynerdaşımanın "partlayış həddinədək artacağını" proqnozlaşdırırlar ki, bu da sistemdə sıxlıq yaranacaq yerlərin sayının və əsas konteyner limanlarında yükün işlənməsində gərginliyin artacağına səbəb ola bilər.

Çində dörd həftə davam edəcək “Qızıl həftə” festifalı  ərzində Asiyadan Sakit okean üzərindən Şimali Amerikaya yükdaşımanın həcmi  keçən ilki rəqəmləri təxminən 29-31%, Asiya- Şimali Avropa marşrutu üzrə  24% üstələyəcək.

"Sunday Spotlight" konteyner daşımaları bazarının həftəlik monitorinqinin son sayında trans-Sakit okean marşrutlarında ləğv edilən səfərlərin faizinin həmişəki səviyyədən xeyli aşağı olduğu, Asiya-Şimali Avropa ticarətindəki dinamikanın normala daha yaxın olduğu qeyd edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır