Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dünyanın ilk tam elektrikləşdirilmiş meqa-terminalı

“Seanews.az”  xəbər verir ki, Lonq Biç Limanının administrasiyası bu yükaşırma müəssisəsində  Konteyner Terminalının tikintisinin başa çatdığını elan edib.

3.3 milyon TEU gücündə yeni terminal ABŞ-ın altıncı ən böyük terminalıdır.

 Ümumi dəyəri 1,5 milyard dollar olan kompleksin inşasına 2011-ci ilin may ayında başlanmışdı. Terminalın 61 hektar sahəni əhatə edən birinci mərhələsinin tikintisi beş il gec, sahəsini 77,3 hektara çatdıran ikinci mərhələsinin inşası isə 2017-ci ilin oktyabrında başa çatdı.

Sonuncu üçüncü mərhələnin bitməsi ilə terminalın sahəsi 121.41 hektara çatdırılıb. Bu mərhələ çərçivəsində illik gücü 1,1 milyon TEU olan bir dəmir yolu terminalı inşa edilib. 1,28 km uzunluğunda körpü 14 ən müasir qülləli kranlarla təchiz olunub.

ABŞ-ın ikinci ən böyük konteyner limanı administrasiyasının rəhbəri Mario Kordero deyir ki,  Lonq Biç Limanındakı  Konteyner Terminalı sıfır tullantı ilə dünyanın ilk tam elektrikləşdirilmiş meqa-terminalıdır.

Terminala yan alan bütün gəmilər limanda olduqları müddətdə sahil enerji mənbələrinə qoşulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır