Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Çukotkaya mövsümi yük daşımalarına start verilib

“FESCO” nəqliyyat qrupu “FESCO Arctic Line” (FAL) xətti konteyner xidməti çərçivəsində Çin və ABŞ limanlarından Çukotkaya mövsümi yük daşımalarına başlayıb.

"Seanews.az" xəbər verir ki, ilk gəmi avqustun 1-də Taysan (ÇXR) - Provideniya - Pevek - Provideniya - Yantay (ÇXR) marşrutu ilə yola düşüb. Gəmi 14 min tondan çox yük aparır.

Xəttin istismarı "FESCO Ulysses" və "FESCO Paris" çoxfunksiyalı buz sinifli gəmilər tərəfindən təmin ediləcək və iyuldan oktyabr ayınadək dörd səfərdə təxminən 45 min ton yük daşınacaq.

Gəmilər Çində Sindao, Taysan və Yantay, ABŞ-da – Everett, Rusiya Federasiyasının Uzaq Şərqində - Provideniya, Pevek, Vladivostok və Vostoçnıy xətt limanlarına daxil olacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır