Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Aktau dəniz limanı tankerlər üçün diferensiallaşdırılmış tarif sisteminə keçməyi planlaşdırır

Qazaxıstanın Təbii İnhisarların Tənzimlənməsi Komitəsi neft və neft məhsullarının ixracı zamanı tanker gəmilərinin limana giriş rüsumunu artıq müəyyən etməyəcək. Bu xidmət tənzimlənən xidmətlər siyahısından xaric edilib.

“APA-Economics”in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktau limanı digər ölkələrin praktikasını nəzərə alaraq diferensiallaşdırılmış tarif sisteminə keçməyə planlaşdırır. Bu, milli daşıyıcı, Qazaxıstan və xarici bayraq altında üzən gəmilər üçün fərqli ödəmə tariflərin tətbiqini nəzərdə tutur.

Qeyd olunan xidmətin tənzimlənən xidmətlər siyahısından xaric edilməsi Aktau limanından aşırılan neft üçün bazar şərtlərindən asılı olaraq çevik tariflərin müəyyənləşdirilməsinə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır