• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

"ONE" dünyanın ən böyük konteyner gəmilərinin tikintisinə dair anlaşma imzalayıb

“Ocean Network Express” (ONE) “Shoei Kisen Kaisha” ilə 6 ədəd ultra konteyner gəmisinin inşası və 15 il müddətinə icarəyə götürülməsi üçün anlaşma imzalayıb.

“Seanews.az” 2023 və 2024-ci illərdə təhvil veriləcək yeni gəmilər dünyanın ən böyük konteyner gəmiləri olacaqlar. Onların yüktutumu 24.000 TEU-dan çox olacaq.

Bu gəmilər “Imabari Shipbuilding” konsorsiumu və “Japan Marine United Corporation” tərəfindən inşa olunacaq.

Qeyd edək ki, hazırda dünyanın ən böyük konteyner gəmisi "HMM Algeciras"dır. 24 min konteyner (20 fut ekvivalentində) daşımaq imkanı olan gəminin uzunluğu 400 metrdir. Gəminin göyərtəsinin sahəsi 24 min kvadratmetrdən çoxdur. Bu da təxminən 3 futbol meydançası deməkdir. Gəmi 2020-ci ilin aprelində istismara verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır