Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Lapis Lazuli marşrutu ilə konteyner yükləri Türkmənistandan Bakı Limanına göndəriləcək

Əfqanıstanın Akina şəhərindən Lapis Lazuli marşrutu ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanına səkkiz 40 futluq konteynerdən ibarət ilk yükün daşınması yerinə yetirilib və hazırda tranzit sənədlərin rəsmiləşdirilməsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, yük konteynerləri Xəzər dənizi vasitəsilə Bakı Limanına, daha sonra Türkiyəyə dəmir yolu ilə göndəriləcək.

Xatırladaq ki, bu il iyulun 2-də Azərbaycan, Türkmənistan və Əfqanıstanın prezidentlərinin videokonfrans formatında keçirilən görüşü Lapis Lazuli dəhlizinin inkişafında səylərin gücləndirilməsinə təkan verib. Üçtərəfli danışıqlar çərçivəsində nəqliyyat layihəsinin praktiki həyata keçirilməsi məsələləri müzakirə edilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır