is-Lazuli nəqliyyat dəhlizinin yaradılması perspektivləri müzakirə ol
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ərazisindən keçəcək Lapis-Lazuli (Lazurit) beynəlxalq tranzit-nəqliyyat dəhlizinin yaradılması perspektivlərini müzakirə ediblər. Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun Aşqabadda keçirilmiş görüşündə söhbət olub. Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır. Azərtac