Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

var-iyul aylarında Azərbaycanda yük daşımalarının həcmi ar

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 127 mln. 561,6 min ton təşkil edib. Bu, 2017-ci ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Yük daşımalarının strukturunda 81,3% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,7% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin 7 ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artıb. Hesabat dövründə dəmir yolu ilə 7 mln. 904,3 ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2017-ci ilin yanvar-iyul aylarının göstəricisindən 4,3% azdır. Dəniz nəqliyyatı ilə 4 mln. 975,6 min ton (artım 8%), avtomobil nəqliyyatı ilə 81 mln. 73,6 min ton (artım 2,8%), hava nəqliyyatı ilə 118,4 min ton (artım 30%) müxtəlif yük daşınıb. Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 23 mln. 913,8 min ton neft (azalma 3,3%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır