Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ndən Qazaxıstanla Qafqaza və Avropaya yük daşınması əməkdaşlıq baxımından yeni imkanlar

“Çindən Qazaxıstan vasitəsilə Xəzər dənizinə, Qafqaz regionuna və Avropaya konteynerlərin daşınması bizim üçün ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından yeni imkanlardır”. Bunu sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib. “Prezident İlham Əliyevin dediyi kimi, Qafqazdan keçməklə Türküstandan Qara dənizə dəmir yolu istifadəyə verilib. Bununla yanaşı, Qazaxıstanın Kurık və Aktau limanlarının yükötürmə qabiliyyəti 26 milyon tona çatıb. Həmçinin Qazaxıstandan, Türkmənistandan və İrandan Körfəz ölkələri bazarlarına daxil olmağa imkan verən dəhlizi qeyd etmək lazımdır. Çindən Qazaxıstan vasitəsilə Xəzər dənizinə, Qafqaz regionuna və Avropaya konteynerlərin daşınması bizim üçün ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından yeni imkanlardır”- deyə, Qazaxıstan Prezidenti qeyd edib. Nursultan Nazarbayev 2015-ci ildə keçirilən Astana Sammitindən ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdiyini, siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır