• Bakı, 2020-02-22,
Seanews
Heyder Eliyev

Kurık Limanı vasitəsilə dörd milyon tondan çox yük daşınıb

Qazaxıstanın Kurık Liman Bərə Kompleksi vasitəsilə indiyədək dörd milyon tondan çox yük daşınıb. Limanda hər gün yüklərinin daşınması üçün eyni vaxtda dörd və ya səkkiz bərədən istifadə edilir.

AZƏRTAC xəbər verir ki, cari ilin on bir ayında liman vasitəsilə 1,2 milyon tondan çox müxtəlif yük daşınıb. Yüklərdən 760 min tonu idxal, 485 min tonu isə ixrac yönümlü olub.

Hazırda liman vasitəsilə taxıl, kömür, neft məhsulları, gübrələr, kimyəvi maddələr ixrac, ərzaq, sənaye avadanlıqları, tikinti materialları və digər mallar isə idxal olunur. Limana yüklər Çin və Mərkəzi Asiya ölkələrindən gəlir, onların əksəriyyəti tranzit yüklərdir. Yüklər Kurık Limanından Xəzər dənizi vasitəsilə Azərbaycana – Bakı Limanına, oradan isə Gürcüstan, Türkiyə və Avropa ölkələrinə göndərilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır