Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nəqliyyat sahəsində uğurlu əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb.

 Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, Xəzər üzərindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri hövzədə su nəqliyyatının əhəmiyyətini daha da artırır. Qubernator  Bakı və Həştərxanı birləşdirən ticari əlaqələrdən də danışıb. Qeyd edib ki, bu əlaqələr dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensial mövcuddur.

ASCO sədri Rauf Vəliyev şirkətin nəqliyyat və ixtisaslaşmış donanmalarının potensialından danışıb. Rauf Vəliyev Bakı və Həştərxanı birləşdirən tarixi gəmiçilik ənənələrindən də söz açıb.

Daha sonra Həştərxandan olan nümayəndə heyəti “OSK” Birləşmiş Gəmiqayırma Korporasiyasının təqdimatı ilə çıxış edib. Təqdimat zamanı şirkətin əldə etdiyi son nailiyyətlər, tikdiyi müxtəlif tipli üzən vasitələr, göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır