Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Şanxay dəniz limanı konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur

Yantszı çayının deltasında yerləşən Şanxay Çinin biznes və maliyyə mərkəzi hesab olunur.  Dünyanın ən iri və tanınmış şirkətlərinin demək olar ki, hamısının Şanxayda ofisi fəaliyyət göstərir. Başqa sözlə, Şanxay Çin iqtisadiyyatının giriş-çıxış “qapı”sıdır.

Şanxay həm də dünyanın ən iri liman şəhərlərindən biridir. Belə ki, Şanxay dəniz limanı konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur.

Qeyd edək ki, Şanxay limanından konteyner dövriyyəsinə 1978-ci ildə başlanılıb. Həmin il cəmi 7951 TEU konteyner yola salınıb və qəbul edilmişdi. Çinin son 4 onillikdə sürətli inkişafı xarici ölkələrlə ticarətin genişlənməsi ilə müşayiət olunub. Bu amil özünü Çinin limanlarının, xüsusən də Şanxay limanının yükaşırma qabiliyyətinin artmasında da göstərib. Belə ki, Şanxay artıq 2010-cu ildə yükaşırma qabiliyyətinə görə (29 milyon TEU konteyner) dünyanın ən böyük limanı ünvanına sahiblənib və o vaxtdan bəri liderliyini qoruyur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır