• Bakı, 2019-12-05,
Seanews
Heyder Eliyev

Bu ilin 9 ayında Gürcüstanın dəniz limanları ilə daşınan konteynerlərin sayı 459 552-yə çatıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan ərazisi ilə daşınan yüklərin həcmi 30,6 mln. ton təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 500 min ton artım deməkdir.

Hesabat dövründə Gürcüstanın dəniz limanlarından daşınan yüklərin həcmi 12,6 mln. ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. ton və ya 9,8% çoxdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın dəniz limanları ilə daşınan konteynerlərin sayı 459 552 konteynerə çatıb.

APA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır